Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Edvard Prior akkreditasiyadan məhrum edilib və ona iki həftə ərzində Rusiyanı tərk etmək əmri verilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Deutsche Welle” yazır ki, bu barədə çərşənbə axşamı, noyabrın 26-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi müvafiq qərarı “maraqlanan idarələrlə birlikdə” qəbul edib.
Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya diplomatik ofisinə çağırılıb.
Bunu nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, Prior “avqust ayında Rusiyadan qovulmuş altı Britaniya kəşfiyyatçısından birini gizli mövqedə” əvəzləyib və daxil olmaq üçün icazə alarkən “qəsdən yalan məlumat verib”.
Əli Babayev