Rusiyalı mədənçilər 4 aydan artıqdır əmək haqqının verilməməsi səbəbindən tətil elan ediblər. Rusiya Federasiyasının Kemerovo vilayətindəki “İnskaya” mədənində çalışan işçilər narazılıqlarını bildiriblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, işçilərə olan borc 46 milyon rubla (436 min dollar) çatıb.
...Deyilənlərə görə, oktyabrın 21-də şaxtanın inzibati binası yaxınlığında 12 şaxtaçı 2 çadır quraraq aclıq aksiyasına başlayıb.
Daha sonra işəgötürən pulu oktyabrın 28-dək ödəyəcəyini vəd edib və aclıq aksiyası dayandırılıb.
Lakin vəd yerinə yetirilməyib.
... Noyabr ayında mədənçilər işdən qovulmağa başladılar. Artıq 26 mədənçi yeni tətil elan edib.
“İnskaya” mədənində bu vəziyyət Rusiya kömür hasilatı sənayesinin sanksiyalar və bunun nəticəsində kömür bazarlarının itirilməsi səbəbindən düşdüyü böhranın təzahürüdür.
İddialara görə, bu sənayedə böhran böyüməyə davam edir. Getdikcə daha çox mədənlər gəlirsiz olur, hasilatı kəsir, işçiləri ixtisar edir və bağlanır.
Rusiya Federasiyasında və digər sənaye sahələrində də oxşar vəziyyət yaranmışdır. Almaz hasilatı, sellüloz və kağız sənayesi və neft emalı kimi..?
...Kreml tərəfindən Ukraynaya qarşı başlayan müharibə tədricən Rusiya iqtisadiyyatını məhv edir?
Bu, mənim fikrim deyil...
Əli Babayev