Sodanın mədə yanmasına təsiri ilə bağlı yeni detallar məlum olub

26 Noyabr 2024 23:26 (UTC+04:00)

Sodanın müntəzəm istifadəsi ürək yanmasını aradan qaldırmayacaq, əksinə onun meydana gəlməsini artıracaq.

SİA bu barədə rus saytlarına istinad edir.

Deməli, həkim iddialarına görə, soda mədə turşusunu müvəqqəti olaraq neytrallaşdırsa və mədə yanması simptomlarını müvəqqəti olaraq aradan qaldırsa da, tez-tez istifadə uzunmüddətli təsirli bir həll deyil.

Belə ki, soda sistematik olaraq qəbul edilərsə, bu əks effekt verə bilər. Bu, orqanizmin turşunun müvəqqəti azalmasını kompensasiya etməyə çalışması və nəticədə onu daha böyük güclə ifraz etməsi ilə bağlıdır.

Yalnız simptomları aradan qaldırmaq deyil, həm də ürək yanmasının əsas səbəbini tapmaq çox vacibdir. Bu halda qastroenteroloqla əlaqə saxlamağa dəyər. O, bir sıra tədqiqatlar təyin edəcək və onlara əsaslanaraq düzgün müalicəni seçə biləcər.

...Ürək yanması qastrit və ya duodenit kimi iltihablı xəstəliklərlə, hətta mədə və onikibarmaq bağırsağın peptik xoraları ilə də əlaqələndirilə bilər.

Bundan əlavə, soda həddindən artıq istehlak edildikdə, yüksək qan təzyiqi kimi elektrolit balanssızlığına və bəzi digər yan təsirlərə səbəb ola bilər.

Yeri gəlmişkən, mədə yanması bir sıra qidaların qəbulu nəticəsində yarana bilər. Bunlara: qara çörək, qəhvə, turş meyvələr, soğan və sarımsaq daxildir.

Bunu bu sahə üzrə işləyən mütəxxəsis deyir.

Nazlı Almuradova