...Bu gün Ukrayna rəsmiləri və eləcə də bəzi iş adamları ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı, güclü Ukraynanın onun siyasi məqsədləri üçün faydalı ola biləcəyinə inandırmaq üçün yollar axtarırlar.
SİA-nın məlumatına görə, bu barədə “The Washington Post”un materialında deyilir.
Jurnalistlərin fikrincə, Ukrayna tərəfi ehtiyatlı nikbinliyini ifadə edir ki, Tramp Ukraynaya yardım baxımından hazırkı prezident Cozef Baydendən daha sürətli və qətiyyətli hərəkət edə bilər.
Rəsmi Kiyev Trampı inandırmağa ümid edir ki, Ukraynaya yardım xeyriyyəçilik deyil, son nəticədə ABŞ-ın maraqlarını zənginləşdirəcək və təmin edəcək iqtisadi cəhətdən faydalı geostrateji fürsətdir.
Ukrayna rəsmiləri ümid edirlər ki, Trampın diplomatiyaya tranzaksiya yanaşmasını dəstəkləməklə - ABŞ şirkətlərinə gəlirli biznes imkanları təklif etməklə yanaşı, Rusiyanın irəliləyişinin dayandırılmasında yeni prezidentin köməyini alacaqlar.
…Trampın Kiyevin ədalətli hesab etdiyi şəkildə müharibənin sona çatmasına kömək edəcəyinə ümidlər rəsmilər arasında qalır, baxmayaraq ki, Tramp və onun ətrafındakı bir çoxları münaqişənin Amerika vergi ödəyicilərinə çox baha başa gəldiyinə və tez bir zamanda başa çatmalı olduğuna inanırlar. Bu cür ritorika Trampın Amerikanın Ukrayna silahlı qüvvələrinə dəstəyini kəskin şəkildə azaldacağı və onu ərazilərini Rusiyaya verməyə məcbur edəcəyi ilə bağlı qorxuları artırıb.
Bunu jurnalistlər bildirib.
…“The Washington Post”un yazdığına görə, Ukrayna prezidenti Vladimir Zelenski yeni reallığı artıq qəbul etmiş kimi görünür. O, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazandıqdan dərhal sonra Trampla telefonla danışıb - ondan əvvəl isə sentyabrda Nyu-Yorkda görüşüblər. Daha sonra Ukrayna prezidenti Trampa hərbi əməliyyatlar başa çatdıqdan sonra xarici investorların Ukraynanın təbii sərvətlərinə çıxışı ilə bağlı bölməni ehtiva edən Qələbə Planını təqdim edib.
Jurnalistlər hesab edirlər ki, Ukrayna öz mineral ehtiyatlarını Amerika biznesi üçün yaxşı imkanlar kimi təqdim edir.
Qeyd edilməlidir ki, rəsmi Kiyevdən gələn bu siqnallar artıq bəzi tanınmış respublikaçı siyasətçilərə də çatıb.
Məsələn, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə zamanı dəfələrlə Ukraynaya səfər etmiş Cənubi Karolinadan olan senator Lindsi Qrem televiziyada “Ukraynanı trilyonlarla dollarlıq nadir torpaq minerallarının vətəni” adlandırıb.
...Ukrayna ruslarla deyil, bizimlə sövdələşməyə hazırdır. Ona görə də Rusiyanın buranı ələ keçirməməsini təmin etmək bizim maraqlarımızdadır.
Bunu merikalı senator bildirib.
...Və bir də qryd edək ki, Donald Trampı prezidentlikdən əlavə iş adamıdır..?
Əli Babayev