Orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

26 Noyabr 2024 16:24 (UTC+04:00)

2025-ci ildə Azərbaycanda yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı proqnozlaşdırılır. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,3 % çoxdur.

Gələn il Azərbaycanda orta aylıq pensiyanın isə bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 9,2 % çox - 536 manat olacağı proqnozlaşdırılır.