Bakıda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən beynəlxalq media nümayəndələrinin “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğuna ziyarətləri təşkil olunub. SİA xəbər verir ki, jurnalistlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz şəhər” ASC tərəfindən Qala Qoruğunun ərazisində yaradılmış “Tullantıdan sənətə” muzeyinə baş çəkib.
Daha sonra “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət edərək XVIII əsrə aid Abşeron kənd həyatı ilə tanış olmuş, xalçaçılıq, dulusçuluq, dəmirçilik kimi ekoloji cəhətdən dost olan qədim sənətkarlıq növlərini izləyib, ustad dərslərində iştirak ediblər.