Naxçıvanda vergi güzəştlərinin tətbiqi ilə bağlı qanun layihəsi hazırlanıb

26 Noyabr 2024 12:48 (UTC+04:00)

Naxçıvanda işğaldan azad edilmiş ərazilərdəki kimi vergi güzəştlərinin tətbiqi ilə bağlı qanun layihəsi hökumətə təqdim edilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq, onun nəticələri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, sənəd gəlir və mənfəət vergisi ilə bağlı, eləcə də idxal, infrastrukturun qurulmasına dair ƏDV güzəştlərini nəzərdə tutur: "Qanun layihəsi həmkar dövlət orqanları ilə razılaşdırılıb, bu zaman Naxçıvan sahibkarlarının və rəhbərliyinin təklifləri də nəzərə alınıb".