"2025-ci ilin dövlət büdcəsini müsbət qiymətləndirirəm". SİA xəbər verir ki, bu sözləri deputat Əli Məsimli deyib.
Onun sözlərinə görə, müharibədən sonra 2021-ci ildə 2024-cü illə müqayisədə büdcə gəlirləri artıb: "Növbəti illərdə də bu ildən daha çox vəsait alınmasını zəruri edəcəkdir. Neft fondu ilə yanaşı əlavə mənbələr də tapmalıyıq. 2016-2024-cü illərin 9 ili 160 milyarda yaxın vəsait qoyulub. Əgər 30-40 milyardı rayonlarda iş yerlərinin açılmasına, rayonlara xərclənsəydi, yeni bir Azərbaycan yaratmaq olardı. Haqsız rəqabət inkişafa mane olur. Ona görə də ölkəmizə lazım olan çox məhsul xaricdən gətirilir. Gələn il ölkəmizdə yeni bir tədbir keçiriləcək. Bu tədbir meşələrimizin qorunması üçün olacaq. Regionların qazlaşdırılması artmalıdır ki, meşələrin qırılması dayandırılsın".