Bu ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 min 801 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb. Bu barədə SİA-ya DSMF-nin mətbuat xidmətindən məlumat verilib. Həmin vətəndaşların 160-ı Fondun rəhbər şəxsləri tərəfindən, 1729-u Fondun Aparatının Qəbul Mərkəzində, 3 min 751-i mərkəzi, 40 min 161-i isə regional filiallarda qəbul edilib.