Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

26 Noyabr 2024 09:53 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,29% artaraq 2 650,3 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,49% artaraq 30,81 ABŞ dollarına bərabər olub.