Bakının Sabunçu rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb. SİA xəbər verir ki, 1996-cı il təvəllüdlü Əhmədova Xanım Vidadi qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.