Salyan rayonunda 3 780 hektar sahədə taxıl əkilib. Bu barədə SİA-nın Aran bürosuna Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) məlumata verilib.
Məlumata görə, əkindən əvvəl sahələrdə şum qaldırılıb, yararlı hala salındıqdan sonra səpinə paşlanılıb.
Əkin zamanı yüksək reproduksiyalı toxumlardan istifadə olunur.
Qeyd edək ki, bu ilin payızında gələn ilin məhsulu üçün 14 min hektar sahədə taxıl əkini proqnozlaşdırılıb.
Hazırda sahələrdə taxıl əkini davam etdirilir.