ABŞ-dan Rusiyanı qəzəbləndirəcək etiraf gəldi

26 Noyabr 2024 01:58 (UTC+04:00)

ABŞ Ukraynanın Kursk bölgəsinə və ətraf ərazilərə zərbə vurmaq üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etmək icazəsinin olduğunu təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında bildirib. "Hazırda onlar təxirəsalınmaz hallarda özünümüdafiə üçün ATACMS-dən istifadə etmək imkanına malikdirlər", - Kirbi qeyd edib.