Bu gün, 25 noyabr tarixində Bakı şəhərində Rus Evində əfsanəvi neftçi, geoloq, alim Baba Qurban Qulu oğlu Babazadəyə (25.04.1911 – 18.08.1962) və görkəmli seysmolog, alim Oktay Baba oğlu Babazadayə (16.11.1939 – 21.09.2021) həsr olunmuş maraqlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə AMEA Geologiya və Geofizika İnstitutun baş elmi işcisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahvələd Köçərli, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli, Yer elmləri üzrə fəlsəfə doktory, MPM, PDT SOCAR, şöbə rəisinin müavini, “NGC” İctimai Birliyinin sədr müavini Elvin Əhmədov, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov çıxış ediblər.
Əfsanəvi Baba Babazadənin nəvəsi Nigar Babazadə deyib: "Oqtay Babazadə seysmoloq alim, Baba Babazadə neftçi, geoloq alim idi. Bu günkü tədbir onlara həsr olunmuşdur. Çünki bu gün Baba Babazadənin ölümündən 62 il keçib. Rəhmətlik Oqtay Babazadənin bu il 85 yaşı tamam olur. Bu tədbir həm də Ramanada təşkil edilmişdi. Bu iki alim Ramanada anadan olublar və 1947-ci ilə qədər orada yaşayıblar. Ramanada Baba Babazadənin adına küçə də salınıb. İndi keçirilən tədbirdə babamı, atamı tanıyan görkəmli şəxslərin çıxışları da olacaq. Elmi-Texniki kitabxananın direktoru da burada olacaq. Çünki mən iki il bundan əvvəl həmin kitabxanaya 700 kitab bağışlamışam. Bu kitablar babamın və atamın həm geologiya, həm seysmologiyaya aid olan kitabları idi. Bu gün tədbirin sonunda babama və atama həsr olunmuş film də təqdim olunacaq".
Sonda Baba Qurban oğlu Babazadəyə həsr olunmuş “Mənalı ömür” sənədli film nümayiş olunub.