Egey dənizində yerləşən Sisam adası sahillərində 8 mühacir mindikləri qayığın batması nəticəsində həyatını itirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Yunanıstana keçməyə çalışan qeyri-qanuni mühacirləri daşıyan şişmə qayıq Sisam adasının sahillərində batıb.
Hadisədə 6-sı uşaq, 2-si qadın olmaqla 8 mühacir həyatını itirib, 36-sı isə sağ qalıb.
Qayıqda neçə nəfərin olduğu barədə dəqiq məlumat paylaşılmasa da, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.