Serbiyada hakim koalisiyadan olan deputatlar parlamentdə müxalifət nümayəndələri ilə dava salıblar.
SİA-nın məlumatına görə, RİA Novosti bu barədə Serbiya Qanunvericilik Assambleyasının bəyanatına istinadən xəbər verir.
Qeyd olunur ki, dava gələn ilin büdcə layihəsinə baxılarkən baş verib.
Müxalifət nümayəndələri bir anda ayağa qalxaraq Serbiya hökumətini istefaya çağırmağa başlayıblar - onları Novi Sad stansiyasında damın uçması nəticəsində 15 nəfərin ölümündə günahlandırıbar.
Bu hərəkətlərə cavab olaraq hakim koalisiya üzvləri də onları qarşılamağa qalxıb.
...Bütün deputatlardan xahiş edirəm, dərhal öz yerlərində əyləşsinlər! Bu ev üçün ayıbdır! Dərhal öz yerlərinizə əyləşin!
Parlamentin sədri Ana Brnabiç onlara müraciət edib.
Əli Babayev