Abxaziyada Lukaşenko ilə bağlı qalmaqal yaranıb

25 Noyabr 2024 18:04 (UTC+04:00)

...“Prezident” Aslan Bjaniyanın xalq üsyanı nəticəsində vəzifəsini tərk etdiyi Abxaziyada qalmaqal yaranıb.

SİA-nın məlumatına görə, internetdə Lukaşenkonun ailəsi üçün Abxaziyada müalicəvi spa binası və palçıq bulaqları olan 300 otaqlı beşulduzlu otel eləcə də kurort kompleksi tikməyi planlaşdırdığına dair sənədlər sızdırılıb.

Həmçinin üç restoranın, qapalı və açıq hovuzun, su sürüşmələri olan uşaq, idman meydançaları olan istirahət zonasının və 8 fərdi VIP evin yerləşdirilməsi planlaşdırılır. Kompleksin yaxınlığında ən azı iki körpünün tikilməsi planlaşdırılır. Bunlardan biri VIP yaxtalar üçün olacaq(?).

...Qeyd edək ki, Abxaziyada Rusiya şirkətlərinə torpaq sahələrinin verilməsi ilə bağlı Rusiya Federasiyası ilə investisiya sazişi layihəsinə görə etirazlar başlayıb.

Bunun fonunda Lukaşenkonun bu kvazi-respublikadakı torpaq maraqları ilə bağlı xəbərlər xüsusilə ağrılı görünür?

Əli Babayev