Xaricdəki antimilli ünsürlər və dağıdıcı müxalifət ştatlı agentlərə çevriliblər ANALİZ

25 Noyabr 2024 16:37 (UTC+04:00)

Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu. Baxmayaraq ki, paxıllıq və qısqanclıq səbəbindən ABŞ-ın və Avropanın bəzi hökumət və dövlət başçıları, Avropa İttifaqının və Avropa Komissiyasının dirijor çubuğu ilə idarə olunan prezidenti Ursula fon der Lyayendir konfransın nəticəsiz başa çatmasına, hətta iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsaitin ayrılmasına cəhdlər göstərdilər. COP29-da Avropa İttifaqını təmsil edən, bir neçə gündür ki, Bakıda meydan sulayan Almaniyanın xarici işlər naziri Annalena Berbok iqrilm məsələləri ilə məşğul olmaq əvəzinə Bakıdakı və Avropadakı satqın, xəyanətkar azərbaycanlı adına iddia edən şəxsləri daha da dövlətimizə və xalqımıza qarşı şər və böhtan kampaniyasına, təhqir və söyüşlərə həvəsləndirmək üçün müxtəlif qapalı görüşlər təşkil edir, mətbuata konfransları keçirir və nasistlərəxas populist fikirlər, bəyanatlar səsləndirir. Hətta o qədər çaşır və həyəcanlı olur ki, ailədaxili problemlərini, xüsusilə gecə həyatından qəhərli ifadələr söyləyir. Ara-sıra qarşısına qoyulan kağıza nəzər yetirib, Azərbaycanda insan hüquqlarının vəziyyətindən də danışır və yenə də gözlərini önündəki kağızdan çəkmədən iddia edir ki, guya Azərbaycanda insan hüquq və azadlıqları sahəsində problemlər var.

Annalena Berbok etiraf etdi- nasistlər Almaniyada hakimiyyətə gələ bilər

Noyabrın 22-də Turan agentliyinin ofisinə baş çəkən Annalena Berbok Turan agentliyinin direktoru Mehman Əliyev, ev dustaqlığında olan Qubad İbadoğlu, hüquqşünas kimi təqdim olunan Şəhla Hümbətova və digərləri ilə qızğın dedi - qodular edib, yalanlardan danışıb, uydurma məlumatlara baş vurub. Sözündən, söhbətindən belə anlaşılıb ki, Almaniyada planlaşdırılan 23 fevral 2025-ci il növbədənkənar parlament seçkilərindən sonra yeni rəhbərliyə gələcək nasistlərin köməyi ilə Avropada yaşayan antimilli ünsürlər və Azərbaycandakı dağıdıcı məxluqlar "xoşbəxt günə" çıxacaq maddi və mənəvi cəhətdən hər cür yardıma sahib olacaqlar. Bununla belə madmuazel nazirin görüşdən heç də tam şəkildə razı qalmadığı qeyd olunur. Belə ki, qapalı görüşdə Mehman Əliyevin rəhbərlik etdiyi agentliyin maliyyə problemləri ilə üzləşməsindən gileylənməsi, Qubad İbadoğlunun mövzuya və müzakirələrə aidiyyatı olmayan məsələlərdən - neft satışından, neftin ucuzlaşmasından, Anqola və Nigeriya barədə qarışıq və anlaqsız ifadələrlə çıxış etməsi, Şəhla Hümbətovanın aviabiletlərin bahalığından, yollarda cansıxıcı tıxacların olmasından danışması, vətəndaş cəmiyyəti institutunun təmsilçilərinin dolayısı yolla qranta ehtiyaclarının olmasını bildirmələri Almaniyalı naziri heç də məmnun etməyib. Ona görə də, Annalena Berbok narazılığını görüşün təşkilatçısı olan Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşına qəzəblə baxıb, başını bulamaqla çatdırıb. Yəni demək istəyib ki, bu problem yığnağı ilə görüşə nə ehtiyac vardı. O, gözləyirdi ki, görüş iştirakçıları Azərbaycan hakimiyyətini tənqid edəcək, ölkədə media azadlığının pozulmasından, insanlara qarşı haqsız davranışın olmasından, ən əsası Azərbaycan xalqına qarşı cinayətlər törətmiş Arayikin, Vardanyanın, Saakyanın, Qukasyanın və digərlərinin azad edilməsini xahiş edəcəklər. Lakin arzu etdiklərinin heç biri olmadı və bu səbəbdən də suyu süzülmüş aşsüzən kimi boynubükük formada Turan informasiya agentliyinin ofisini tərk edib.

Annalena Berbok boşanma xəbərinin stresini aradan qaldırmaq üçün gecəni səhərə qədər hərtərəfli istirahət edib

Yazılı açıqlamada isə görüş barədə fərqli müzakirələrin aparıldığı iddia edilib. Qeyd olunub ki, guya görüşdə Azərbaycanda vətəndaş cəmiyyətinin və medianın vəziyyəti, Bakı ilə Yerevan arasında sülh sazişinin perspektivləri, COP29 konfransının yekunları və ümumilikdə ekoloji problemlər ətrafında fikir mübadiləsi aparılıb. Birdə ki, Qubad İbadoğlu, Şəhla Hümbətova və digərləri hansı ağıla və dərrakəyə sahibdirlər ki, qlobal bir məsələ ətrafında müzakirə aparsınlar, təklif və ideya irəli sürsünlər? Onlarınkı ancaq məişət söz-söhbəti və xırda dedi-qodu ola bilər ki, onu da ediblər. Kim nəyi bacarır və deyə bilirsə onu da edir. Təbii ki, yazılı açıqlama hər iki tərəfi qane edir. Daha çox da Berboku vəziyyətdən çıxartmağa hesablanıb. Çünki Avropadakı Azərbaycana qarşı məkrli şəbəkə Annalena Berbokdan Bakıda nəzərdə tutulan işlərin görülüb-görülməməsinə dair izahat tələb edəcək. Berbok əlində yazılı faktı böyük ağalarına təqdim etməklə tənbehdən və qınaqdan xilas olmağa çalışacaq. Planını nə dərəcədə yerinə yetirə biləcəyini demək çətin olsa da, diqqətçəkən məqam ondan ibarətdir ki, görüşdən sonra da A.Berbok qayğılı və narahat görünüb. Bu səbəbdən də otelə qayıdaraq masaj salonuna daxil olub, saunaya baş vurub, bir neçə yekəpər mühafizəçi adlı "dost"larının iştirakı ilə otaqda yeyib içib şənlənib. Düzdür, iddialar ondan ibarətdir ki, madmuazel nazir 17 il formal da olsa birgə nikahda yaşadığı "kişi"sindən həmən gün rəsmən boşanmasına dair vəkilindən məlumat alıb. Məhz aldığı sevincli xəbəri yumaq və ya bunun stresini aradan qaldırmaq üçün gecəni səhərə qədər hərtərəfli istirahət edib. Səhəri günü COP29 konfransına getməli və çıxış etməsi barədə onu məlumatlandıranda o üz- gözünə və əyin başına əl gəzdirmədən oteldən çıxaraq COP29 konfransına gedib.

Annalena Berbok COP29-un müzakirələrində gərginlik yaratmağa və məsələnin nəticəsiz qalmasına çalışıb

Annalena Berbok COP29-un keçirldiyi konfrans zalında özünü rəsmi dövlət adamı kimi aparmayıb. Annalena Berbok müxtəlif məzhəkələr, şoular qurmaqla və ideyalar irəli sürməklə COP29-un müzakirələrində gərginlik yaratmağa və məsələnin nəticəsiz qalmasına çalışıb. Ancaq tədbirə Azərbaycan kimi sivil, demokratik, böyük gücə malik dövlətin ev sahibliyi etməsi və beynəlxalq ictimaiyyətin təzyiqləri ABŞ-ı və Qərb dövlətlərini güzəştə getməyə məcbur etdi. Beləliklə, COP29 Paris Sazişinin 6-cı maddəsi üzrə uzun illər davam edən mübahisələrə son qoyan mühüm bir platforma oldu. Bakıda intensiv müzakirələrdən sonra maddənin 6.2, 6.4 və 6.8 bəndləri üzrə razılıq əldə edildi. Paris Sazişinin 6.4 bəndi karbon bazarının yaradılmasını nəzərdə tutur. Bu bazar, ölkələrin karbon emissiyalarını ticarət obyektinə çevirməsinə imkan verir. COP29 konfransında qəbul edilən yeni maliyyə hədəfi, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsi baxımından tarixi bir qərardır. Bu hədəfə əsasən, inkişaf etmiş ölkələr hər il inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 100 milyard dollar ayıracaq və bu məbləğ 2035-ci ilədək 300 milyard dollara çatdırılacaq. Paris Sazişinin imzalandığı 2015-ci ildən keçən dövr ərzində yekdil qərar qəbul edilməsi mümkün olmayan bu məsələnin məhz Bakı görüşündə razılaşdırılması ölkəmizin qlobal miqyasda ekoloji problemlərin həllinə mühüm töhfə verməsinin bariz nümunəsidir.

Xaricdəki antimilli ünsürlər təsdiqlədilər: Satqının vətəni olmur

Sübuta yetirilir ki, ABŞ, Avropanın bəzi ölkə başçıları, eləcə də xaricdəki antimilli ünsürlər və daxilidəki dağıdıcı müxalifət Azərbaycanın BMT sistemində ən böyük tədbir olan COP29-a yüksək səviyyədə ev sahibliyi etməsini həzm edə bilmirlər. Xüsusilə Bakıda Paris sazişinin 6.2, 6.4 və 6.8 bəndləri üzrə razılıq əldə edilməsi məkrli dairələrin kürkünə birə salıb, qısqanclıq və paxıllıq hissindən bağırları çatlayır. Ona görə, bütün mümkün vasitələrlə uğura kölgə salmağa çalışırlar. Bu məqsədlə dövriyyə yenə də Orduxan Bəbirovu, Qabil Məmmədovu, Orxan Ağayev, Rəfael Piriyev, Tural Sadıqlı, Məhəmməd Mirzəlini, Süleyman Süleymanlını, Arif Məmmədovu, Fikrət Hüseynlini, Sevinc Osmanqızını və digər evlərində dədəsinin deyil hansısa erməni diaspora nümayəndəsinin və ya Misyo Jordanın, Conun, Cekin canına and içən ünsürləri salıblar. Əsasən Fransa, İsveçrə, Hollandiya və Almaniyada məskunlaşan bu zir zibillər bütün günü Azərbaycan dövləti və xalqı haqqında təhqiramiz ifadələr səsləndirir, ittihamlar irəli sürülər. Son günlər fəaliyyətlərini genişləndirmələri də sərt göstəriş almalarından irəli gəlir. Fransada məskunlaşan antimilli ünsürlərin daha çox söyüş və təhqir elementlərindən istifadə etmələri onların boyunlarındakı halqalı kəndirin sərt şəkil də çəkildiyini göstərir. Əllərində dollar, avro tutaraq insanların heysiyyatına, mənliyinə toxunan ifadələrlə çıxış etmələri onların hər söyüş və təhqir üçün maliyyə yardımları aldıqlarını göstərir. Həm də təsdiq olunur ki, bu yaramaz ünsürlər əsasən Fransa, İsveçrə, Hollandiya, ABŞ, Almaniya və hazır ki fars-molla rejiminin nəzarət etdiyi torpaqlarda məskunlaşıb, söyüş və təhqir elementlərini ifraz etsələr də, əsas kurasiya yeri Fransadır. Yəni anti-Azərbaycan qüvvələrin kurasiyası Fransa xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir.

Avropadakı antimilli ünsürlər manqurtlaşıblar

Xaricdəki antimilli ünsürlərə tezis göndərən, mütəmadi şəkildə onlarla görüşüb pul verən şəxslər də Fransa xüsusi xidmət orqanlarının agentləridir. Trol Sadqlının, Məhəmməd Mirzəlinin, Qənimət Zahidin və digərlərinin Fransada oturub millətimizin az qala hər bir üzvünü şərəfsizcəsinə təhqir etmələri, gecə yarısı insanlara zəng edib söymələri Makronun tabeliyində olan xüsusi xidmət orqanlarının çox iyrənc işə baş vurduqlarını göstərir. Hətta o dərəcə Fransanın xüsusi xidmət orqanları özbaşınalıq edir, oradakı azərbaycanlı mühacirləri oyuncaq hesab edirlər ki, bəzən Ermənistan xüsusi xidmət orqanları tərəfindən onlara göndərilən tezisləri də səsləndirir, status şəkilində paylaşırlar. Bu isə mübaliğəsiz təsdiq edir ki, Avropadakı antimilli ünsürlər manqurtlaşıblar. Sabah bu manqurt yığnağı öz əzizlərinə güllə atsa və ya onlara qarşı terror aktları həyata keçirsə, təəccüblü görünməz. Çünki manqurtlar düşünmək və qərar vermək imkanına malik olmurlar. Manqurtlar ancaq onları idarə edən ağalarının səsini, əmrini eşidir və icra edirlər.

İLHAM ƏLİYEV