“Sabah” komandası baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Sabah” Misli Premyer Liqasında 19 xalla beşinci sırada qərarlaşıb.