Bu ilin ilk 10 ayında DOST mərkəzlərində 788 min vətəndaşa xidmət göstərilib

25 Noyabr 2024 11:17 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında DOST mərkəzlərində 788 min vətəndaşa xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, 2019-cu ilin may ayından ölkəmizdə artıq 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,4 faiz təşkil edir.