Kiberhücumların qarşısı alınıb - XRİTDX

25 Noyabr 2024 11:13 (UTC+04:00)

Üçüncü rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edilib. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb.

Bu kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.