Toydan əvvəl cütlüklər yaxınlıq yaşamalıdırmı? - EKSPERT DANIŞDI

25 Noyabr 2024 10:21 (UTC+04:00)

"Nişanlı qalmaq müddəti hər iki tərəfin bir-birini tanımaqları üçün mühüm bir dövrdür. Bu dövrdə qız və oğlan dini cəhətdən bir-birlərinə yad hesab olunurlar". Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib.

Fatimə Hacıbəyli sözlərinə belə davam edib: "Bir kişi və qadın ailə qurmaq məqsədilə həm üzbəüz, həm də telefonla danışa bilərlər. Ancaq bunda da müəyyən şərtlər var. Onlar nikah və kəbin kəsilənə qədər bir-birinə yaddırlar.

Unutmamaq lazımdır ki, nişanlılıq dövrü sadəcə olaraq bir “hə” müqaviləsidir və bunun nəticəsində məhrəmiyyət aradan qalxmır. Çünki hər iki tərəf də evlənmək məsələsində öz fikrini dəyişdirə bilər.

Mən demirəm ki, kimsə geridə qalsın müasirləşməsin. Amma bu müasirləşmək deyil. İndiki zamanda texnologiya inkişaf edib. Bu imkanlardan yararlanmaq lazımdır. Nişanlı vaxtı birlikdə yaşamaq müasirlik deyil, biyabrçılıqdır. Elm öyrənin, karyera qurun. Bax, əsl müasirlik budur".

Ayşən Vəli