Salvadorda 50 milyon dollar dəyərində kokain daşıyan gəmi saxlanılıb

25 Noyabr 2024 05:35 (UTC+04:00)

Salvador hüquq-mühafizə orqanlarının əməkdaşları respublika sahillərində iki ton kokaini müsadirə etməyə nail olublar. SİA xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Estero de Jaltepeque körfəzindən 752 km cənub-qərbdə 3 kolumbiyalının 50 milyon dollar dəyərində narkotik vasitə daşıdığı gəmi saxlanılıb.

Bukele qeyd edib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda təxminən 380 milyon dollar dəyərində olan 15 tondan çox kokain ələ keçirib.