Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhsildə pilləni hər gün yüksəltməkdə qərarlı olduqlarını bildirib.
SİA-nın məlumatına görə, noyabrın 23-də İstanbulda 24 Noyabr – Türkiyə Müəllimlər Günü və Müəllim Təyinatı Proqramında çıxış edən R.T.Ərdoğan bu münasibətlə müəllimləri təbrik edib və deyib: “Uğurlu müəllim hazırlığı prosesinin əsası müəllimlərin işə başlamazdan əvvəl bu peşəyə tam hazır olmasıdır.
Ömür boyu öyrənmə prinsipimizə uyğun olaraq müəllimlərimizin peşəkar ləvazimatlarını davamlı olaraq artırırıq.
Atdığımız addımlarla müəllimlərimizlə çiyin-çiyinə çalışaraq hər gün təhsildə zirvəni yüksəltmək əzmindəyik".