İsraillilərin 54 faizi Livanda atəşkəsin tərəfdarıdır.
SİA-nın məlumatına görə, İsraildə yayımlanan “Kanal 12”nin keçirdiyi sorğuda iştirakçıların 54 faizi Livana hücumlara son qoyacaq atəşkəs razılaşmasının imzalanmasını dəstəkləyib.
Rəsmi Təl-Əviv rəhbərliyinin müqavilə imzalamasına qarşı çıxanların nisbəti isə 24 faiz olub.
Sorğuda iştirak edənlərin 79 faizi 2023-cü il oktyabrın 7-də baş vermiş hadisələrlə bağlı istintaq komitəsinin yaradılmasını dəstəklədiyi halda, 8 faizi buna qarşı çıxıb.
İsrail hökumətinin fəaliyyəti ilə bağlı sorğuya qatılanların 64 faizi Baş naziri Benyamin Netanyahu hökumətinin hazırda ölkəni idarəetmə tərzini bəyənmədiklərini, 30 faizi isə tərsini bildirib.