Deməli, Rusiyada Naberejnıye Çelnıdan olan ailədə 15-ci övlad dünyaya gələcək və uşağın validenyləri artıq ona ad da seçiblər: “Oreşnik”!
Bəli, bəli... rusların “Oreşnik” ballistik raketinin şərəfinə...
SİA-nın əldə etdiyi məlumata görə, ötən il qızına Rusiya-Svyatosiya-Svyatorossiya adını qoyan ailə başçısı Vladimir Suxov Gazeta.ru ilə söhbətində bu haqda danışıb.
...Əlbəttə, mehriban ailəmizdə sevimli, sağlam, güclü, mehriban, müdrik uşaqların çoxlu xoşbəxt doğulması ilə kifayətlənməyəcəyik. Müdafiəçimiz “Oreşnik”ə gəlincə, biz Oreşnitsa, Putnik, Putnitsa, Sputnik, Peyk adları və Rusiya torpağını qorumaq adına, şöhrətinə qarşı deyilik.
Bizim böyük və qüdrətli ölkəmiz Rusiya, rus xalqımız, qalib döyüşçülərimiz, böyük baş komandanımız Vladimir Vladimiroviç Putin planetin xilası naminə “cəng edir”..?
Təbii ki, başa düşdünüz, bunu 15-ci uşğını dünyaya gətirəcək qadının əri Vladimir Suxov deyir.
Qeyd edək ki, cütlüyün artıq 14 övladı var. Və onların kiçik qızı 2023-cü il noyabrın 17-də dünyaya gəlib.
Nazlı Almuradova