Rumıniyada prezident seçkiləri keçirilir

24 Noyabr 2024 11:51 (UTC+04:00)

Bu gün Rumıniyada prezident seçkiləri keçirilir. SİA xəbər verir ki, bu barədə Rumıniyanın milli xəbər agentliyi olan “Agerpres” məlumat yayıb.

Bildirilib ki, ölkədə yerli vaxtla saat 07:00-da təxminən 19 min seçki məntəqəsi fəaliyyətə başlayıb. Xaricdə yaşayan ölkə vətəndaşları isə noyabrın 22-dən başlayaraq ardıcıl üç gündür ki, onlar üçün açılan seçki məntəqələrində səs verirlər.

Dövlət başçısı postu uğrunda 14 namizəd mübarizə aparır.

Səsvermənin ikinci turunun dekabrın 8-də keçiriləcəyi gözlənilir.