“Titanik”-in baş qəhrəmanları Rouz və Cek obrazını canlandıran Hollivud aktyorları Leonardo Di Kaprio və Keyt Uinslet filmin nümayişindən 27 il sonra birlikdə foto çəkdiriblər.
SİA-nın əldə etdiyi məlumata görə, Di Kaprio Uinsletin İkinci Dünya Müharibəsində fotojurnalist Li Milleri canlandırdığı “The Great” filminin premyerasına qatılıb. Köhnə dostlar hərarətlə qucaqlaşaraq kino afişasının qarşısında şəkil çəkdirdilər.
Deyilənlərə görə, ilk dəfə deyil ki, sənətçilər mühüm tədbirlərdə bir-birini dəstəkləməyə gəlir. Di Kaprio 2016-cı ildə ilk “Oskar”ını qazananda Uinslet ağlamışdı.
Aktrisa üçüncü dəfə iş adamı Ned Roknrollla evlənəndə Leo Keytə “dəstək olub”. O, Keytə həyatının ən çətin dövrlərindən birində - anası vəfat edəndə də kömək edib.
Qeyd edək ki, “Titanik” 1996-cı ildə buraxılıb və bu, Rouz və Ceki simvolik romantik cütlük edib. Eyni zamanda, aktyorların etiraf etdiyi kimi, bütün bu illər ərzində onlar sadəcə dost olublar,..yəni heç vaxt daha dərin, yəni başqa münasibətlər haqqında düşünməyiblər..?
...Bir halda ki, bunu özləri deyirlər, onda biz nə deyə bilərik?
Nazlı Almuradova