FHN zəlzələ ilə bağlı məlumat yaydı

23 Noyabr 2024 13:36 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb. Nazirlikdən SİA-ya bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.

Qeyd edək ki, Ermənistanın Daxili İşlər Nazirliyi də Azərbaycanda baş verən zəlzələ barədə məlumat yayıb. Məlumata görə, zəlzələ Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində hiss olunub.