Dünya bazarında qızıl bahalaşmaqda davam edir

23 Noyabr 2024 10:07 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1.40% artaraq 2 737,20 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1.27% artaraq 31,78 ABŞ dollarına bərabər olub.