Deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar

23 Noyabr 2024 10:02 (UTC+04:00)

Milli Məclisin deputatları “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların fraksiyaları və bloklarının qarşılıqlı təsirinin rolu” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, konfransda iştirak məqsədilə deputatlar Mixail Zabelin və Elçin Mirzəbəyli noyabrın 25-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

Səfər noyabrın 28-də başa çatacaq.