İspaniya Futbolçuları Assosiasiyası La Liqanın 2023/24 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb. SİA xəbər verir ki, bu, “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem bu ada laiq görülüb. 21 yaşlı futbolçu Madrid təmsiçisinin heyətində keçirdiyi 2023/24 mövsümündə La Liqada 28 matça çıxıb, 19 qol vurub, 6 qolun ötürməsini verib.
Xatırladaq ki, Bellinqem 2023/24 mövsümündə “kral klubu” ilə UEFA Çempionlar Liqasının da qalibi olub.