Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı

23 Noyabr 2024 00:56 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində azərbaycanlı "diplomat" 70 kiloqram qızılla saxlanılıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olduğu bildirilən şübhəli şəxs Sarıyer səmtində ticarət mərkəzlərinin birinin qarşısında polis qrupları tərəfindən saxlanılıb. O, xüsusi xidmət orqanlarının əməkdaşlarına qızılların özünə aid olduğunu və diplomat kimi çalışdığını deyib. Faktla bağlı araşdırma aparılır.