Türkiyə gəmisi Somali sahillərində kəşfiyyata başladı

23 Noyabr 2024 04:53 (UTC+04:00)

Türkiyənin "Oruç Reis" seysmik tədqiqat gəmisi Somali sahillərində neft və qaz kəşfiyyatına başlayıb. SİA xəbər verir ki, bunu Prezident Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunda açıqlayıb. Onun sözlərinə görə, gəmi üç sahədə fəaliyyətə başlayıb. Tədqiqatların aparılacağı sahələrin ümumi ərazisi təxminən 5 min kvadrat kilometrdir. Xatırladaq ki, Türkiyə və Somali bu ilin mart ayında neft və qaz ehtiyatlarının öyrənilməsi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb.