Azərbaycanda 1 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

22 Noyabr 2024 17:03 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 1 fiziki şəxsə - Nəbiyev Səbuhi Zakir oğluna sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib. SİA bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar noyabrın 19-da "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçisinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.