Qazaxın 4 kəndində sərhəd xidmətinin yeni bölmələri yaradılacaq

22 Noyabr 2024 16:43 (UTC+04:00)

Azərbaycan sərhədçiləri gecə-gündüz, istidə-soyuqda daim xidmət başındadır. Dövlət Sərhəd Xidmətinin (DSX) təşkil etdiyi mediaturun növbəti dayanacağı Qazax rayonunun Xeyrimli kəndində yerləşən sərhəd döyüş məntəqəsidir. “Hazırda burada xidmət üçün müvəqqəti konteynerlər yerləşdirilib”, - SİA xəbər verir ki, bunu DSX rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov bildirib.

“Gələcəkdə Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərində sərhəd xidmətinin tam müasir standartlara cavab verən yeni bölmələrinin qurulacağı planlaşdırılır”, - deyə Araz Məmmədov vurğulayıb.