Şirvanda 4 yaşlı uşağı avtomobil vurub

22 Noyabr 2024 15:35 (UTC+04:00)

Şirvanda 4 yaşlı uşağı avtomobil vurub. SİA-nın xəbərinə görə, hadisə Şirvan şəhərində qeydə alınıb. "Chevrolet" markalı avtomobil yola qaçan Şirvan sakini 2020-ci il təvəllüdlü azyaşlını vurub. Azyaşlı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.