Səhiyyənin Təminat Mərkəzi sığortaçı seçir

22 Noyabr 2024 13:45 (UTC+04:00)

Səhiyyə Nazirliyinin tabeliyindəki Səhiyyənin Təminat Mərkəzi mal material dəyərlərinin könüllü sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini dekabrın 6-na qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, akad. Mirəsədulla Mirqasımov küçəsi, 1A ünvanına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 6-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.