“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib

22 Noyabr 2024 11:52 (UTC+04:00)

Nazirlər Kabineti 14 mart 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nı dəyişib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra hökumət kvotanı hər ilin başlanmasına 3 ay deyil, 1 ay qalmış təsdiq edəcək.