Lənkəranda mübahisə qanla bitib

22 Noyabr 2024 09:12 (UTC+04:00)

Lənkəranda ər və arvad arasında başlayan mübahisə qanla bitib. SİA xəbər verir ki, 1973-cü il təvəllüdlü Sarvan Tahirov 1965-ci il təvəllüdlü həyat yoldaşı Rəsmiyyə Hüsüynovanı bıçaqlayıb.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Sarvan Tahirov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.