...Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ukraynanın Qərbin uzaqmənzilli silahlarından istifadə etməsi ABŞ administrasiyası tərəfindən yeni eskalasiyadır.
...Bu, yeni eskalasiyadır, bu, gedən ABŞ administrasiyasının tutduğu çox məsuliyyətsiz mövqedir. Onlar bu münaqişənin alovuna yağ tökməkdə davam edir, hər yolla onun sona çatması istiqamətində ən azı müəyyən dinamikanın qarşısını alırlar və təbii ki, Ukraynadan Rusiya Federasiyası ilə müharibəsində öz əlində alət kimi istifadə edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Peskov bildirib.
...Və bir müddət bundan əvvəl Rusiya lideri Vladimir Putin videomüraciət zamanı Qərb raketləri Kursk bölgəsinə endirilən zaman itkilər olduğunu bildirib.
Putin bildirib ki, Bryansk və Kursk vilayətlərindəki hərbi hədəflərə hücum edilib: noyabrın 19-da Amerikanın ATACMS raketləri, noyabrın 21-də isə Britaniyanın “Storm Shadow” və Amerikanın HIMARS raketləri vasitəsilə Kursk vilayətində “Şimal” qrupumuzun komanda məntəqələrindən birinə hücum edilib.
...Hücum və zenit döyüşü nəticəsində, təəssüf ki, obyektin xarici təhlükəsizlik bölmələrinin şəxsi heyəti və xidmət personalı arasında itkilər, ölənlər və yaralananlar olub.
Bunu Putin bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabr ayında xəbərdarlıq etmişdi ki, Qərbin Ukraynaya uzaqmənzilli silahlardan istifadəsinə mümkün icazəsi Moskvadan “uyğun tədbirlərə” səbəb olacaq. Onun sözlərinə görə, belə bir qərar “NATO ölkələri, ABŞ və Avropa ölkələri Rusiya ilə müharibə vəziyyətindədir” demək olardı. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikrincə, Kiyevin aldığı icazə Vaşinqtonun münaqişəni “eskalasiya etmək istəyindən” xəbər verir.
Əli Babayev