…Britaniya öz əsgərlərini ruslarla müharibəyə göndərməyə hazırdır. Bu, Moskvanın şərq cinahda yerləşən NATO ölkələrindən birinə müdaxilə edəcəyi təqdirdə mümkündür.
SİA-nın əldə etdiyi məlumata görə, RBC-Ukrayna “Politico”ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargahı rəisinin müavini, general-leytenant Rob Maqovan deyib.
Böyük Britaniya İcmalar Palatasının müdafiə komitəsində danışan Maqovandan Rusiyanın böyük eskalasiyası halında NATO-nun şərq cinahına neçə Britaniya briqadasının yerləşdirilə biləcəyi soruşuldu.
Buna cavab olaraq general-leytenant əmin edib ki, Britaniyadan bu gecə döyüşmək istənilsə, bunu edəcək.
...Mən düşünmürəm ki, bu otaqda olan heç kəs ruslar bu gecə Şərqi Avropaya hücum etsələr, bu döyüşdə onlarla görüşəcəyik kimi illüziyaya qapılmasın.
Maqovan bildirib bunu.
O, Böyük Britaniya Silahlı Qüvvələrinin “bir sıra əməliyyat problemləri və əməliyyat üstünlükləri” olduğunu da açıqlayıb.
Əli Babayev