MİT İraqda PKK-nın sözdə başçılarından birini zərərsizləşdirib

21 Noyabr 2024 19:16 (UTC+04:00)

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyatla bölücü terror təşkilatı PKK/KCK-nın sözdə başçılarından Serhat Taqayı zərərsizləşdirib.

SİA xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terror cinayətlərinə görə barəsində həbs qərarı çıxarılan Tagayın yeri kəşfiyyat işləri nəticəsində müəyyən edilib.

MİT-in İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat nəticəsində Mervan Hizan kod adlı terrorçu dəqiq vurularaq zərərsizləşdirilib.

2014-cü ildə terror təşkilatı PKK/KCK-ya qoşulan Taqayın 2017-2019-cu illər arasında İraqın şimalındakı Zap bölgəsində xidmət etdiyi və təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyalarda iştirak etdiyi müəyyən edilib.

Tagayın təşkilatın istifadə etdiyi silah-sursat və partlayıcı kimi materialların da təhvil verilməsini təşkil etdiyi və təşkilatın yüksək səviyyəli üzvləri adlandırılan şəxslərin mühafizəçisi kimi fəaliyyət göstərdiyi müəyyən edilib.