Ölkədaxili və sərhədyanı əməliyyatlarda son bir həftədə 34 terrorçu zərərsizləşdirilib.
SİA xəbər verir ki, Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələri PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ terror təşkilatları başda olmaqla hər cür təhdid və təhlükəyə qarşı daxildə və sərhəddən kənarda fəaliyyətini fasiləsiz və uğurla davam etdirir.
Müəyyən edilmiş əməliyyatlarla yanvarın 1-dən İraq və Suriyanın şimalı da daxil olmaqla, son bir həftədə 34-ü olmaqla 2539 terrorçu zərərsizləşdirilib.
Terror yuvalarını dağıtmağa davam edən Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarladıqları terrorçulara aid mağarada çoxlu sayda silah-sursat ələ keçirib.