Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 32-ci ildönümü münasibətilə Sabunçu rayonu Balaxanı qəsəbəsində ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu Rayon Təşkilatının əməkdaşları, “Balakhani Operating Company LTD”-nin əməkdaşları və YAP fəalları iştirak ediblər.
Aksiyanın əsas məqsədi ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin qorunmasıdır. Aksiya çərçivəsində ümumilikdə 400-ə yaxın Eldar şamı və zeytun ağacı əkilmiş, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilmişdir.