Dünyanın ən uzun və ən qısa qadını birlikdə

21 Noyabr 2024 16:01 (UTC+04:00)

Dünyanın ən uzun boylu qadını, türk veb tərtibatçısı Rumeysa Gelgi və dünyanın ən qısa qadını hindistanlı aktrisa Cyoti Amge İngiltərənin paytaxtı Londonda bir araya gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Gelgi 62,8 santimetr boyu olan Amge ilə 2 metr 15 santimetr boyuna görə tez-tez göz təması qurmaqda çətinlik çəkir.

Dünyanın ən uzun boylu qadını 27, dünyanın ən qısa qadını 30 yaşındadır.

Görüş zamanı türkiyəli Rumeysa Gelgi və hind aktrisası Cyoti Amge həyat təcrübələrini bölüşüblər. Boy fərqinə görə tez-tez göz təması qurmada çətinlik çəksələr də, görüşdən xoşbəxt olduğunu ifadə edən Gelgi deyib: “Ortaq cəhətlərimiz var. İkimiz də makiyajı, şəxsi baxımı və dırnaq baxımını çox sevirik”. Amge:“Baxdığımda özümdən uzun boylu insanları görməyə öyrəşmişəm, amma bu gün başımı qaldırıb dünyanın ən uzun qadınını görəndə çox sevindim. Rümeysə ilə danışanda özümü çox rahat hiss etdim".

Dünyanın ən uzun boylu qadını Gelgi 2 metr 15 santimetr, ən qısa boylu qadın Amge isə 62,8 santimetr ilə Ginnesin Rekordlar kitabının sahibidir.