“Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2026-cı ilin sonuna qədər müasir metodiki xidmətdə çalışan peşəkar işçilərin sayının 2250 nəfərə çatması hədəfi müəyyən edilmişdir”. SİA-nın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclis komitələrinin birgə iclasında deyib.
O bildirib ki, təhsildə müasir metodiki xidmətin təşkili, bu işlərin icrası ilə bağlı növbəti ildə 750 nəfər metodistin işə cəlb olunması məqsədilə dövlət büdcəsində 7.1 milyon manat vəsait proqnozlaşdırılıb.