“Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində həyata keçirilmiş ilk hərracın qalibi seçilib. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi bu hərracın keçirilməsi üçün formalaşdırılıb. Bərpaolunan enerji mənbələri ərazilərində istehsalçının seçim qaydası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənib və həmin qaydalar əsasında hərrac baş tutub”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
O bildirib ki, 130-dan artıq şirkətə tədbirdə iştirak etməkləri üçün dəvət göndərilib: “Hərrac ümumilikdə 6 saat davam edib və nəticədə “Universal International Holdings Limited” qalib gələrək, Qobustan Günəş Elektrik Stansiyasını tikmək hüququ qazandı. Bu stansiya 100 MVt gücündə olacaq və qanunvericiliyə uyğun olaraq 20 gün ərzində bütün sənədləşmə işlərini yekunlaşdıracağıq”-deyə C.Abdullayev bildirib.