Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

21 Noyabr 2024 09:45 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0.35% artaraq 2 685 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0.70% artaraq 31.66 ABŞ dollarına bərabər olub.