59 yaşlı qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

21 Noyabr 2024 09:10 (UTC+04:00)

Bakının Xətai rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. SİA xəbər verir ki, 1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.